Qəbələdə meşədə yanğın baş verdi
Qəbələ rayonunda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Yenikənd kəndi yaxınlığında açıq ərazidə baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Ümumilikdə 5 hektar sahədə kol-kos, quru ot və ağaclar yanıb. Yanğın söndürülüb, yaxınlıqdakı meşə zolağı alovdan mühafizə olunub. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu