Qəbələdə yanğın nəzarət altına alınıb
Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində baş vermiş yanğınlar ərazinin yüksək, havanın isə isti və küləkli olması səbəbindən yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. APA TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi ilə bağlı müraciətində deyilir. Qeyd olunub ki, hazırda yanğınlar nəzarət altına alınıb və soyutma işləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib