Qəbiristanlığa nə qədər zərər dəyib?
Bakıda qəbiristanlıq qarət olunub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbristanlıqda məzarların birindən 1500 manat dəyərində dəmir barmaqlıq oğurlanıb. Bu barədə polisə məlumat daxil olub.
Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri E.Qurbanov, əvvəllər məhkum olunmuşlar - N.Namazov və K.Quliyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu