Qələbə xəbərini ilk dəfə kimdən eşitdiniz? - SORĞU

# 20:20
8 noyabr 2021

Azərbaycanın şanlı ordusu bir il öncə məhz bu gün Qarabağın gözü olan Şuşanı işğaldan azad etdi.


8 noyabr bütün Azərbaycan xalqı küçələrə axışaraq, qələbə sevincini qeyd etdi.


Maraqlıdır, bəs görəsən qalib xalqın nümayəndələri qələbə xəbərini ilk dəfə necə və kimdən eşidib?

 

Sakinlərin bir hissəsi ilk qələbə xəbərini Prezident, Ali Baş Komandanın xalqa müraciəti zamanı eşitdiklərini deyirlər.

 

Bəzi gənclər isə qələbə xəbərini sosial platformalar, eləcə də Ali Baş Komandanın “Twitter” hesabından öyrəniblər.  


Xatırladaq ki, 8 noyabr Azərbaycan Ordusu Şuşa şəhərini azad etdikdən sonra, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.


Semral Cavad,

Əli Ələkbərov,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR