Qənirə Paşayeva vəfat etdi
Millət vəkili Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. APA TV xəbər verir ki, həkimlərin səyinə rəğmən millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, sentyabrın 23-də Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər millət vəkilinə naməlum məşəli hipotonik vəziyyət diaqnozu qoymuşdular. Qənirə Paşayevanın səhhətindəki kirtik durumla əlaqədar olaraq Mərkəzi Klinik Xəstəxananın həkimləri və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislərdən ibarət ortaq tibbi heyət yaradılmışdı. Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib