"Qərb Ukraynanı sona qədər məhv etmək niyyətindədir" - Zaxarova
“Böyük Britaniyanın Ukraynaya tərkibində tükənmiş uran olan mərmilər təhvil vermə planı Qərbin nəhayət Ukrayna dövlətini məhv etmək istədiyini göstərir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, mərmilərin tədarükü planları ilə bağlı bəyanatlardan sonra Ukraynanın gələcək rifahı mümkünsüz görünür.
Qeyd edək ki, Britaniya tərkibində tükənmiş uran olan mərmiləri Ukraynaya təhvil verəcəyini vəd edib. Bunu krallığın müdafiə nazirinin müavini Annabel Qoldin bəyan edib. O, Lordlar Palatasının üzvü Baron Hiltonun sorğusuna verdiyi cavabda bildirib ki, Britaniya Ukraynaya hərbi yardımın bir hissəsi olaraq, tükənmiş uranlı döyüş sursatları tədarük edəcək.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək