QƏZA: Sərxoş piyadanı maşın vurdu – APA TV
Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib. Hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb. 31 yaşlı Eşqin Əbilov yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən yıxılıb. Bu zaman hərəkətdə olan “Toyota Prius” markalı maşının sürücüsü piyadanı vurub.
Yaralı hadisə şahidləri və sürücünün köməkliyi ilə təcili tibbi yardım briqadasına təhvil verilib. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimin sözlərinə görə, yaralı sərxoş vəziyyətdə olub. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücünün izahatı alınıb.
Fakt üzrə araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu