QHT sədrləri Edilli kəndinə səfər ediblər

# 21:52
25 fevral 2022

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatşılığı ilə bir qrup QHT sədri bir zamanlar işğal altında olmuş Xocavəndin Edilli kəndinə səfər edib.

APA TV-nin yerli bürosu xəbər verir ki, səfərin məqsədi azərbaycanlı hərbçilərin Edilli kəndində aşkarlanan kütləvi məzarlığını ziyarət etmək olub. Səfərdə iştirak edənlərə bildirilib ki, ermənilər azərbaycanlı hərbçilərin meyitini saxlayıb kütləvi məzarlarda basdırıblar. Bu isə müharibə qanunlarına ziddir və hərbi cinayətdir.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsindən indiyədək 4000 azərbaycanlı itkin düşüb. Edilli kəndində ilkin qazıntı zamanı 6-7 nəfərə aid meyit qalığı aşkarlanıb.

Vətəndaş Cəmiyyətinin üzvləri törədilən bu cinayətlər barədə beynəlxalq təşkilatları məlumatlandıracaqlarını bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR