Qırmızı işığın tələbini gözləməyən sürücü qəza törədib
Paytaxtın Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş berib.
APA TV xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. İşıqforun yaşıl işığında yolu dönmə manevri etmək istəyən “opel” markalı minik avtomobilini qırmızı işığın tələbini gözləməyən “hunday” markalı minik avtomobili vurub.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. “Hunday” markalı nəqliyyat vasitəsinin sürücüsü yüngül xəsarət alıb. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Avtomobillər cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik