Qırmızı meydanda hərəkətlilik: Kreml nəyə hazırlaşır?
Kreml 9 May Qələbə paradının keçiriləcəyi ilə bağlı anons verib.
APA TV-nin Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, faşizm üzərində Qələbənin 77-ci ildönümünə həsr olunmuş hərbi paradın böyük məşqinin mayın 7-də keçiriləcəyi bildirilib.
Mayın 9-da isə Qırmızı Meydanda hərbi parad keçiriləcək.
Kremlin mətbuat xidməti jurnalistlərin 9 may paradına akkreditasiyasını da açıq elan edib. Belə ki, yerli və xarici media nümayəndələri üçün aprelin 12-nə kimi akkreditasiya üçün müraciət etmək tələbi qoyulub.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib