Qışda ölkəmizə niyə gələn yoxdu? - Turistlər hara gedirlər?

# 11:00
14 dekabr 2022

Çoxları yayı gəzmək, səyahət fəsli adlandırsa da, qış heç də yaydan geri qalmır. Hər iki fəsildə səyahətin öz çətinlikləri və zövqü olur. Ancaq Azərbaycanda yayla müqayisədə qış turizmi yetərincə inkişaf etmir.

“PİN TRAVEL” şirkətinin direktoru Lalə Paşayeva da bunu təsdiqləyir. O düşünür ki, bunun səbəbi havanın soyuq olması ilə əlaqədar turistlərin isti ölkələrə daha çox üz tutmasıdır: “Ölkə daxili turistlər çox səyahət etməsələr də, ölkə xarici müşayət olunur. Dubay, Misir tur paketləri kifayət qədər yaxşı satılır. Ölkə daxili isə Şahdağ, Tufandağ ən çox satılır digər bölgələr məsələn otellərdə istirahətlər hansısa bir bölgəyə səfər etmirlər”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə bildirdi ki, hazırda həm yay, həm də qış turizmi zəifləmiş vəziyyətdədir. Bunun isə başlıca səbəbi təyyarə biletlərinin çox baha olmasıdır. Bu isə ölkə iqtisadiyyatında təsirsiz ötüşmür: “Azərbaycanda nəzərə alsaq ki, yay turizmi bitmişdir qış turizmin gəlməsinə rəğmən sərhədlərin bağlı olması eyni zamanda mövcud hava limanında qiymətlərin kifayət qədər yuxarı olması ölkəyə xarici turistlərin cəlb olunmasında ciddi problemlər yaradır. Bu həm ölkənin iqtisadiyyatına öz mənfi təsirini göstərir eyni zamanda da, ayrı ayrı bu sahədə çalışan təsərrüfat subyektlərinin iqtisadi dayanıqlığına öz mənfi təsirini göstərir”

Eldəniz Əmirov onu da qeyd etdi ki, quru sərhədlərin bağlı olması bu sahəyə ciddi təsir göstərir: “Pandemiyanın ən çox mənfi təsir göstərdiyi sahələrdən bir yox məhz birincisi turizm sektoru idi 3,2 milyonluq bir xarici turistin il ərzində ölkəyə gəlməsi pandemiyadan öncə amma pandemiya vaxtı bu turizm sahəsində 4 dəfəyə qədər geriləmənin baş verməsinə səbəb olmuşdur”

Bundan başqa, Azərbaycan ərazilərinə yağan qarın intensiv xarakter daşımaması, yağıntıların çox az hissəni əhatə etməsi də turislərin başqa ölkələri seçməsinə səbəb olur.

Onu da qeyd etmək lazımdır ki, turizmin inkişafını şərtləndirən amillərdən biri də dünya standartlarına cavab verməsidir. Bəs ölkəmizdə qış turizmi standartlara cavab verirmi?

Turizm və Menecment universitetinin müəllimi Bahadur Bilalov deyir ki, iş ondan ibarətdir ki, qış turizm mərkəzlərində istifadə olan avadanlıqların dünyada qiymətləri çox bahadır: “Onu nəzərə alaraq qış turizm mərkəzlərində ki qiymətlər bəzən Azərbaycan vətəndaşları üçün əl çatılmaz kimi görsənir amma müqayisə edəndə qiymətlər belə deyək, avadanlıqlardan istifadə etmək qiyməti, saxlama xərcləri  və sairə”.

Ekspertlər düşünürlər ki, 10 il bundan əvvələ kimi Azərbaycanda qış turizmi hələ yenicə formalaşırdısa, indi Tufandağ və Şahdağ kimi mərkəzlər xeyli turist qəbul edir. Bu özü də zamanla sözügedən sahənin problemlərinin həll ediləcəyinə ümid yaradır.

Odur ki, növbəti illərdə ölkəmizə daha çox turistin gəlməsi diləyi ilə...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR