Qızıl satanların bazarı niyə bağlanıb?

# 11:00
26 yanvar 2022

“Toyların keçirilməsinə qoyulan qadağa aradan qaldırılandan sonra qızıl bazarında qismən də olsa, bir canlanma baş verdi. Baxaq görək, həmin canlanma hələ də davam edirmi? Ümumiyyətlə, qızlın və gümüşün qiyməti neçəyədir?”

 

Satıcılar deyir ki, alıcı qüvvəsi olduqca zəifdir. Yanvar ayına nisbətən, əvvəlki aylarda bir dirçəlmə var idi. Deyirlər ki, qızıl bazarında durğunluqdur.

 

Qiymətlərə gəlincə isə, satıcılar deyir ki, keçən ilə nisbətən daha zəifdir.

 

Əvvəllər bu qızıl dükanlarının önündə iynə atsan, yerə düşməzdi. İndi alıcı bir yana qalsın, satıcılar belə barmaqla sayılacaq qədərdir. Satıcılar alıcı qıtlığından, alıcılar da qızlın bahalılığından şikayət edirlər.

 

Alıcılar deyir ki, alış-veriş etmək istəyirik, amma çox bahaçılıqdır, büdcəmizə uyğun alver edə bilmirik.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov qızıl bazarındakı durğunluğun hələ xeyli davam edəcəyini bildirdi. “Azərbaycanda qızıl bazarındakı durğunluq ilk növbədə əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Eyni zamanda şübhəsiz ki, xeyir işlərin keçirilməsi ilə bağlı azalma müşahidə olunur ki bu da qızıla olan tələbatın azalmasına şərait yaratmaqdadır. Görürük ki, bazardakı durğunluğun dərinləşməsi prosesi var. Hesab edirəm ki bu yaxın aylarda da davam edəcək.

 

Professorun sözlərinə görə, qızılın qiyməti dayanıqlı şəkildə artacaq: “Qızılın qiyməti dayanıqlı  artacaq. Qızla tələbat artacaq. Çünki iqtisadi böhran şəraitində bu həmişə belə olur. Lakin bir məqama diqqət yetirmək lazımdır ki, fiziki qızılla birjalarda ticarətə çıxarılan elektron qızlı arasında böyük fərq var. Fiziki qızıl şübhəsiz ki, məhdud həcmdədir. Məhz fiziki qızılın dəyərinin və qiymətinin artmasını proqnozlaşdırmaq olar. O ki qaldı elektron qızla, orada qiymətlər aşağı və yuxarı dəyişə bilər“.

 

Gördüyümüz budur ki, alan bir yana qalsın, indi qızılın üzünə baxan da tapılmır.

Bütün bunlar isə onu deməyə əsas verir ki, qızılların işıltısı hələ bir müddət də vitrinləri bəzəməklə qalacaq. Bazarın mənzərəsi isə hələ xeyli müddət dəyişməyəcək.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR