Qızına toy edən şəxsin evini yandırıblar?
Bərdədə övladına toy edən ailənin evi yanıb.
APA TV-nin xəbərinə görə, Bərdə şəhərində müvəqqəti məskunlaşan Laçın rayon sakini Elşən Musayeva məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı ev əşyaları ilə birlikdə yanıb.
Hadisə zamanı gəlinin bütün cehizlik əşyaları yandığından Musayevlər ailəsinə xeyli miqdarda ziyan dəyib.
Zərərçəkən Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən yandırıblar. Hadisə Elşən Musayevin qızının toy məclisi olan zaman baş verib. Ailə toydan çıxıb evə qayıtdıqda evin yandığını görüblər:
Musayevlər ailəsi hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib. Rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
DİGƏR XƏBƏRLƏR

Sertifikatları otağa sığmır, amma, qeydiyyatda yoxdur – “uzman həkim”in izi ilə

Bakıda ev sahibi müqavilə bağlamaq istəmir, kirayəçi evdən çıxmır

İsrail–İran gərginliyi: Ballistik raketlər, dron hücumları və nüvə qorxusu
