“Qocalar Evi” niyə yandı? - Səbəblər araşdırılır

# 19:30
27 dekabr 2022

Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən qocalar evində güclü yanğın qeydə alınıb. Hadisənin səhər saatlarında elektrik naqillərində baş verən qısa qapanmadan qayaqlandığı ehtimal edilir. Qocalar evi bir müddətdir ki, fəaliyyətini dayandırıb. Burada uzun müddətdir ki, 3 məcburi köçkün ailəsi məskunlaşıbmış. Yanğın zamanı xəsarət alan olmasa da ailələrə məxsus əşyalar sıradan çıxıb.

Hadisə yerinə Bərdə və Tərtər rayonlarından yanğınsöndürənlər  cəlb edilib, alov  yanğınsöndürənlər tərəfindən tam söndürülüb. Təhlükəsizlik tədbirləri məqsədi ilə rayon polis şöbəsinin əməkdaşları da əraziyə cəlb edilib. Bərdə rayon icra hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Vahid Qarayev bildirib ki, ümümi ərazisi 1124 kvadratmetr olan iki mərtəbəli binanın 614 kvadratmetr ərazisi yanıb.

Qeyd edək ki, yanan bina 2 mərtəbə, bir səhnə və 20 otaqdan ibarətdir. 571 kvadratmetr olan binanın dam hissəsinin 361 kvadratmetri və 253 kvadratmetr olan səhnə hissəsi yanıb. 20 otaq isə yanğından mühafizə olunub. Hazırda hadisənin baş vermə səbəbi Fövqəladə hallar nazirliyi və  hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR