Qoyun axtara-axtara dərəyə düşdülər, çıxa bilmədilər

# 12:39
16 avqust 2022

Göyçayda dərəyə düşən qadın və kişi xilas olunub Göyçay rayonunda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunub. APA TV-nin yerli bürosunun xəbərinə görə, avqustun 15-də axşam saatlarında Göyçay sakinləri şəhərin şimalındakı dağlıq ərazidə itmiş qoyunları axtararkən naməlum istiqamətdə qayadan dərəyə düşüblər. Qaranlıqda köməksiz vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimova adlı şəxslərin xilas olunması üçün FHN-nin "112" qaynar xətt mərkəzinə məlumat verilib. Hadisə yerinə cəlb edilən xilasedicilər itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Xilasedicilər gecə saatlarında əvvəlcə çətin relyefli dağlıq ərazidə itkin düşən şəxslərin yerini müəyyən edib. Qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülüb. Onlar xilas olunaraq ailəsinə təhvil verilib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR