Qubada ən qiymətli qonaqlara bu yeməyi bişirirlər

# 16:17
13 mart 2023

Çiçi kənd sakini, uzun illərdir kənd toylarında aşpaz kimi çalışan Maisə Hacıyeva bu gün bizə kənd çolpasından dadlı bir yemək hazırlayacaq. Bu yemək Tat çığırtması kimi tanınır. Adından göründüyü kimi, yemək bölgədə yaşayan azsaylı xalqlardan olan tatlara məxsusdur.

Qubada ən dadlı tat çığırtması məhz Çiçi kəndində bişirilir.

Quba-Xaçmaz zonasında hər kəs çığırtmanı tatların hazırladığı formada bişirir. Tatlar bu yeməyi ən əziz qonaqlarına təqdim edirlər.

Bu yeməyi ləzzətli edən əsas cəhətlərdən biri də ocaqda bişirilməsidir.

Tat çığırtması şimal bölgəsinə gələn yerli turistlər arasında da ən çox sevilən yeməklərdəndir. Buna görə də regionun əksər restoranında bu yemək menyuya daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR