Qubada kişi keçmiş arvadını öldürdü
Qubada qətl hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Kənd sakini Xudamov İlham Əziz oğlu həyat yoldaşı Xudamova Sara Şair qızını qətlə yetirib. Daha sonra damarlarını kəsərək intihar edib.
Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.
Onların birgə nikahdan 3 övladı var.
Faktla bağlı araşdırma aparılır.
Vəli Turan, Mais Allahverdiyev, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu