Qubada toxum sərgi-satış yarmarkası keçirilib

# 15:20
24 avqust 2022

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər. Qeyd olunub ki, Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, Quba rayonunda keçirilən toxum sərgi-satış yarmarkası rayon fermerləri üçün, o cümlədən, ətraf bölgədən olan fermerlər üçün keyfiyyətli toxum almaqda böyük fürsətdir. Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkası avqustun 29-da Ağcabədidə təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR