Qüdrət Həsənquliyev: “Əlilliyə görə vətəndaşı iki nazirliyin yoxlaması yanlışdır”
Əlilliyə görə pensiyaların verilməsi ilə bağlı cəmiyyətdə böyük narahatlıqlar var”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.
Qüdrət Həsənquliyev deyib ki, şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməli, “Forma88” əsasında pensiya müəyyənləşdirilməlidir: “Ancaq əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də Tibbi-Sosial Ekspert Komissiyaları var. Əgər Səhiyyə Nazirliyi “Forma88” verirsə, bunun əsasında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya təyin etməlidir. Belə çıxır ki, bir dövlət qurumu digərinə inanmır. Belə olmaz. Əgər Səhiyyə Nazirliyinin verdiyi arayış şübhəlidirsə, bu, müvafiq qaydada araşdırıla bilər, ancaq iki qurumun şəxsi yoxlaması nə deməkdir?”
Qüdrət Həsənquluyev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyaları ləğv olunmalıdır.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)