“Quli” və “Lənkəranski”nin klanları hələ də qanlı müharibələr aparır"
“Biz hələ də 90-cı illərdən qalma, necə deyərlər, “köhnə” banditlərlə mübarizə aparırıq. Hələ onların axırına çıxmaq mümkün olmayıb. İndi isə yeni banditlər - etnik qruplaşmalar peyda olub”.
Lent.az-ın məlumatına görə, bunu Sankt-Peterburq televiziyasına müsahibəsində Rusiya İstintaq Komitəsinin Regional İdarəsinin rəisi Yuri Yaşkov bildirib.
Onun dediyinə görə, hazırda Sankt-Peterburqun özündə ən güclü kriminal qruplaşmalar azərbaycanlılardır.
“Mən deyərdim ki, onlar bütün Rusiyada güclüdürlər. Onlar Sankt-Peterburqda, İstanbulda, Tbilisidə hələ də vuruşurlar. Siz təsəvvür edin. Onların liderləri “Lotu Quli” və “Rövşən Lənkəranski” həyatda olmasa da, amma planları amansız müharibə aparır. Ortada sifarişli ölümlər var və bu hələ də davam edir”,-deyə o bildirib.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir