"Qurani-Kərim" yandırıldı, Türkiyə XİN bəyanat verdi
Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda müqəddəs "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pisləyir.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
Qeyd olunub ki, müsəlmanları hədəf alan və müqəddəs dəyərləri təhqir edən anti-islam təxribat xarakterli hərəkətə ifadə azadlığı adı altında icazə verilməsi qəbuledilməzdir, bu, bir nifrət cinayətidir.
“Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçi və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisidir. İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı bütün ölkələr və beynəlxalq təşkilatlarla həmrəy olaraq konkret tədbirlər görməyə çağırırıq”, - deyə Nazirliyin bəyanatında vurğulanıb.
Qeyd edək ki, danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un sədri Rasmus Palu Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Qurani-Kərim”i yandırıb. Bu zaman İsveç polisi müdaxilə etməyib.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir