Kərim Şükürovun ərizəsi geri qaytarıldı

# 18:55
21 yanvar 2022

Milli Elmlər Akademiyasında Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı müşavirə keçirilib.

 

Tarix institutunun mətbuat xidmətinin rəhbəri Nərminə Ağayevanın APA TV-yə verdiyi məlumata görə, müşavirə institutun baş direktorunun müraciəti ilə əlaqədar keçirilib.

 

O bildirib ki, rəhbərlik onun ərizəsini qəbul etməyib və işinə davam etdirilməsi qərara alınıb. Yeri gəlmişkən qeyd edək ki, Kərim Şükürov özü müşavirədə iştirak etməyib.

 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Rəyasət Heyətinin iclasında Tarix İnstitutu ilə bağlı sərt fikirlər səsləndirib. Qurum rəhbəri sözügedən İnstitutda qeyri-sağlam iş mühiti olduğunu qeyd edib. Məsələyə Tarix İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov da münasibət bildirib. O, 21 yanvarda Ramiz Mehdiyevin fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən, Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərindən istefa verəcəyini bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR