Qusarda əməliyyat keçirildi - RAYON SAKİNİ NARKOTİKLƏ TUTULDU

# 10:51
21 aprel 2021

Narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz dövriyyəsində şübhəli bilinən Qusar rayon sakini yaxalanıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Mucuq kənd sakini Nadir Şixmetov yaxalanıb. Onun  yaşadığı evə baxış keçirilən zaman oradan təmiz çəkisi 570 qram olan qurudulmuş marixuana, eləcə də qurudulması üçün asılmış 25 ədəd çətənə kolu aşkarlanaraq götürülüb: “Evdən nəşə tapıblar, hamısının yerini göstərdim. Becərdib qoymuşdum qurutmağa, kollar idi. Çəkəniyəm, özüm üçün əkmişdim. Peşmanam”.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR