Qusarda qardaş qardaşını bıçaqlayıb öldürdü
Qusarda qətl hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, ötən gün axşam saatlarında 1970-ci il təvəllüdlü Raul Orucov 1972-ci il təvəllüdlü qardaşı Kamran Orucovu bıçaqlayaraq qətlə yetirib.
Raul Orucov şübhəli şəxs qismində tutulub. O, ifadəsində qardaşını qəsdən öldürdüyünü etiraf edib.
Qusar rayon prokurorunun köməkçisi Vidadi Həsənov bildirib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Cinayət hadisəsi ilə bağlı istintaq hərəkətləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib