Sumqayıtda hərbçi dəm qazından boğularaq ölüb

# 18:09
1 noyabr 2022

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

 

APA xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

 

Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Əldə etdiyimiz xəbərə görə, Seymur Yusifli hərbi qulluqçu olub. Ölən hərbçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olduğu məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR