Qusarda üç qardaş zəhərləndi, ikisi öldü
Qusar şəhərində qidadan zəhərlənmə baş verib. Cəlilabad rayon sakinləri 43 yaşlı Şamil Zeynalov, 47 yaşlı Sabir Zeynalov və Sakit Zeynalov göbələkdən zəhərləniblər. Onlardan ikisi dünyasını dəyişib. Şamil Zeynalov isə ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənən şəxslər qardaşlardır, onların Cəlilabaddan Qusara işləmək üçün gəldiyi bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Cəfər Talıb, Apa TV, Qusar
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi