Kəlbəcərdə şəhid olan əsgərimiz yanvarda tərxis olunacaqmış
Bu gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz 2002-ci il təvəllüdlü Asif Əliyev Əslən Siyəzən rayonunun Zarat kəndindəndir.
APA TV xəbər verir ki, bir bacısı olan şəhidimiz subay olub. O, ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış.
Şəhid olan hərbi qulluqçumuz Vətən Müharibəsində sonra Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu