Rayonlara getmək üçün sürücülərin istifadə etdiyi torpaq yollar qazılıb
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları müvafiq icazəsi olmadan torpaq yolla rayon və əks istiqamətdə hərəkət etmək istəyən şəxslərin qarşısının alınması üçün tədbirlər görüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş nəzarət postunun ətrafından torpaq yolla keçmək istəyənlərin qarşısını tam şəkildə alıb, torpaq yollar qazılıb, karantin qaydasını pozanlara qarşı inzibati qaydada protokol tərtib olunub.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi