Rayonlara qar yağdı - FAKTİKİ HAVA ŞƏRAİTİ
"Gədəbəy rayonunun dağlarına və Qrıza qar yağıb, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub".
APA TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, Ağdamın Quzanlı qəsəbəsinə isə diamteri 0.5 santimetr olan dolu düşüb.
Xidmət rəisinin sözlərinə görə, şimal-qərb küləyinin sürəti Naftalanda, Sabirabadda, Biləsuvarda, Şabranda, Bakıda və Abşeron yarımadasında arabir güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib