Xalqın 88 faizi Xankəndi-Laçın yolundakı aksiyaları izləyir

# 14:26
29 dekabr 2022

Sosial Tədqiqatlar Mərkəzi (STM) Xankəndi-Laçın yolunda davam edən dinc aksiyalar və gözləntilərlə bağlı ictimai rəy sorğusu keçirib.

Mərkəzdən verilən məlumata görə, sorğuda iştirak edənlərin ümumilikdə 88.1%-i aksiyaları izlədiyini bildirib.

Respondentlərin 54.1%-i “tez-tez izləyirəm”, 34.0%-i “bəzən izləyirəm” cavabını verib. 11.9%-i “heç izləmirəm” cavabını qeyd edib.

Aksiyaları tez-tez izlədiyini bildirənlər arasında kişilər qadınlara nisbətdə üstünlük təşkil edib. Eyni zamanda, bu cavabı qeyd edən respondentlər arasında 55-64 yaş qrupunda olanlar digərləri ilə müqayisədə daha çox üstünlük təşkil edib.

“Sizcə, bu aksiyalar Azərbaycanın təbii sərvətlərinə qarşı aparılan terrora son qoyacaqmı?” sualına münasibətdə respondentlərin 78.6%-i “bəli” cavabını verib. Sorğuda iştirak edənlərin 14.2%-i “xeyr” cavabını qeyd edib, 7.2%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Sorğunun sahə işi 24 dekabr-27 dekabr 2022-ci il tarixlərində icra olunub.

Sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR