Repetitor yanına getmədi, ancaq ən yüksək balı yığdı

# 14:53
15 may 2023

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələrinə görə, Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Tural Əfəndiyev 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Maksimal balı toplayacağını gözləsə də, yenə də nəticəsini görəndə həyəcanlandığını deyir Tural.

Tural repetitor yanına getmədiyini və belə yüksək nəticə əldə etmək üçün yaşıdları arasındakı rəqabətdən güc aldığını deyir.

Daha çox biologiya fənnini sevsə də, arzusu gələcəkdə tibb sahəsi üzrə ixtisaslaşmaqsır...

 

Dərslərdə uğur qazanmağın sirrlərindən biri də orta məktəb illəri üzrə tədris olunan fənnləri öz dövründə mənimsəməkdir.

 

 

Müəllimlərinə təşəkkürü özünə borc bilir Tural. Öz zəhməti ilə yanaşı müəllimlərinin də diqqət payı var nailiyyətlərində...

Müəllim ailəsində böyüyən Turalın valideynləri də həmişə ona dəstəkdir. Ən çox da babası sevinir Turalın uğuruna.

Tural sinif yoldaşları arasında da yüksək nəticə əldə edənlərin uğuruna ürəkdən sevinir. Bu nəticələr isə gələcəyin işıqlı olacağından xəbər verir.

 

AYNUR QARA

KAMRAN NAMAZOV

 

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR