“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilib

# 17:57
26 aprel 2021

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda həyata keçirilən “Rəqəmsal idarəetmədə süni intellekt”  (AIFORDIGIGOV)  konfransının açılış mərasimi keçirilib.

 

APA TV xəbər verir ki, tədbirin əhəmiyyətini vurğulayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev süni intellektin idarəetmədə perspektivindən, Azərbaycanda süni intellektin ayrı-ayrı komponentlərinin artıq müxtəlif sahələrdə tətbiqindən, “ASAN xidmət” olaraq yeni nəsil dövlət xidmətlərinə keçiddən danışıb. Bildirib ki, süni intellektin dövlət xidmətlərində tətbiqi vətəndaşlara xidmətlərin göstərilməsində həlledici rol oynayır.

 

“Rəqəmsal idarəetmədə süni intellekt” adlı konfrans dünya şöhrətli alim Lütfi Zadənin əziz xatirəsinə həsr olunur.

 

Konfransda iştirak üçün Azərbaycandan 1200-dən çox insan tədbirin rəsmi veb səhifəsi üzərindən qeydiyyatdan keçib.

 

Konfrans çərçivəsində, həmçinin “Kaggle” platforması üzərindən müəyyən məsələnin həll olunması üzrə data müsabiqəsi keçiriləcək. Data müsabiqəsinə qatılmaq üçün 185 komanda qeydiyyatdan keçib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR