Rubl devalvasiya ola bilər
Rusiyaya qarşı sanksiyaların dünya iqtisadiyyatına təsiri Ukraynadakı vəziyyətdən asılı olacaq.
APA TV "RBC"ya istinadən xəbər verir ki, bunu Dünya Bankının rəhbəri Devid Malpass deyib.
Onun sözlərinə görə, Ukraynadakı xüsusi əməliyyat qlobal Ümumi Daxili Məhsulun birbaşa qısamüddətli təsirlə üzləşməsinə gətirib çıxarır. Eyni zamanda, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin bu göstəriciyə daha çox təsir edəcəyi bildirilir.
Malpass qeyd edib ki, sanksiyalar nəticəsində Rusiyanın milli valyutası rubl devalvasiya ola bilər ki, bu da əhali üçün pis nəticələnəcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu