Rusiya daha Ermənistana silah vermir? - Ermənilərin qanı yenə qaralıb
Rusiya Ermənistana silah tədürükünü dayandırması ilə bağlı erməni teleqram kanllarında məlumatlar yayılıb.
Rəsmi formada təsdiq olunmasa da, məlumatlarda iddia edilir ki, rəsmi Moskva 2021-ci ilin sonundan etibarən Ermənistana silah və hərbi texnika tədarükünü dayandırıb.
Bildirilir ki, Rusiyanın bu qərarının səbəbi məlum deyil. Bəzi erməni ekspertlər isə bunun 2 səbəbinin olacağını iddia edirlər.
Birincisi, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarıdır. İzah olunur ki, Rusiya Ukraynada əməliyyatla məşğuldur və bütün resurslar ora yönəlib.
Digər iddia isə belədir ki, Rusiya bununla bağlı Azərbaycan qarşısında öhdəlik götürüb.
Sonda isə qeyd olunub ki, faktiki olaraq, Ermənistan müharibədən sonra Silahlı Qüvvələrini yenidən qurmaq imkanından uzaqdır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?