Rusiya dost olmayan ölkələrə qazı bu yolla satacaq

# 19:08
31 mart 2022

Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları haqqında fərmanı imzalayıb.

 

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti özü bildirib.

 

Rusiya dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməyəcəyi təqdirdə bunu müqavilə şərtlərinin pozulması hesab edəcək.

 

Putin rublla ödənişlərin olmayacağı təqdirdə hansı addımların atılacağını da qeyd edib. “Əgər rublla ödənişlər olmasa, bunu alıcının müqavilə şərtlərini pozması kimi qəbul edəcəyik. Bunun doğuracağı nəticələr məlumdur”, - deyə Putin söyləyib.

 

Qeyd edək ki, Ukrayna ilə müharibəyə görə Qərbin sərt sanksiyaları ilə üz-üzə qalan Rusiya dost olmayan ölkələrlə qaz ticarətində ödənişlərin dollar və avro ilə aparılmasından imtina edərək rubla keçib.

 

Rəsmi Moskva bunu Qərbin Rusiyanın Mərkəzi Bankının valyuta ehtiyatlarını dondurmaq qərarına cavab olaraq atdığını açıqlayıb.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR