Rusiya Hərbi gəmilərini Qara dənizə yeridir
Rusiya Hərbi Dəniz Donanmasına məxsus 6 hərbi gəmi Qara dənizə yola düşüb.
APA TV-nin “Reuters”ə istinadən verdiyi xəbərə görə, məlumatı Rusiya Müdafiə Nazirliyi (MN) yayıb.
Bildirilib ki, gəmilər qabaqcadan planlaşdırılmış hərbi dəniz təlimlərində iştirak etmək məqsədi ilə Qara dənizə gələcəklər.
Xəbərə görə, “Korolev” və “Minsk” döyüş gəmiləri artıq Bosfor boğazını keçib, “Kalininqrad”, “Pyotr Morqunov”, “Giorgi Pobedonosets” və “Oleneqorski Qornyak” gəmiləri isə fevralın 10-dək Qara dənizə daxil olacaqlar.
Qeyd edək ki, Rusiya MN ötən ay Sakit və Atlantik okeanlarındakı donanmalar da daxil olmaqla, ölkənin bütün hərbi dəniz donanmalarının yanvar və fevral aylarında təlimlər keçirəcəyini bəyan edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib