Rusiya hərbi jurnalistin qətlində şübhəli bilinən qızı axtarışa verdi
Rusiya Daxili İşlər Nazirliyi Sankt-Peterburqda hərbi müxbir Vladlen Tatarskinin öldüyü kafedə baş verən partlayışda şübhəli bilinən Daria Trepovanı axtarışa verib. Bu barədə TASS məlumat yayıb.
Nazirliyin məlumat bazasında bildirilir ki, 1997-ci il təvəllüdlü Darya Evgenievna Trepova Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır. İstintaq hesab edir ki, Sankt-Peterburq sakini Trepova kafeyə içərisində partlayıcı qurğu quraşdırılmış hərbi komissarın büstü olan qutu gətirib.
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib. Partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.
Nəticədə bir nəfər ölüb, 32 nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi