Rusiya Ordusu hansı istiqamətlərdə irəliləyib?
Ən böyük təhlükə Kiyev üzərindədir.
APA TV xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.
O, Rusiya Ordusunun Kiyevin yaxınlığında yerləşən Qostomel, Vorzel və Buşe istiqamətində irəlilədiyini açıqlayıb.
Arestoviç Kiyev sakinlərini yerli ərazi batalyonlarına yazılmağa səsləyib.
O, Ukrayna Ordusunun Xarkov istiqamətində təmas xəttini stabilləşdirdiyini, Melitopol və Xerson şəhərləri uğrunda döyüşlərin getdiyini xatırladıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu