Rusiya qərar verdi: 8 ölkəyə uçuşlar bərpa edildi
Rusiya koronavirus pandemiyası ilə bağlı Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara qoyulan məhdudiyyətləri ləğv edib.
APA TV “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi yayıb.
Bildirilir ki, 2022-ci il martın 9-u Rusiya hökumətinin qərarına əsasən, sözügedən ölkələrə müntəzəm və qeyri-müntəzəm reyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Reyslər qarşılıqlı əsasda həyata keçiriləcək.
Xatırladaq ki, martın 6-dan başlayaraq, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılmışdı.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu