Rusiya Qərb ilə Mərkəzi Asiyada da toqquşa bilər – FTX rəhbərindən xəbərdarlıq

# 15:51
11 oktyabr 2023

“CİA və Mİ-6 Əfqanıstanın mühüm əyalətlərində kəşfiyyat mövcudluğunu bərpa edir”. Bunu Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Bakıda keçirilmiş MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının (SORB) iclasında deyib. O əlavə edib ki, Amerika və Böyük Britaniya kəşfiyyat xidmətləri MDB-nin cənub sərhədlərində qeyri-sabitliyə şərait yaradırlar. Onun sözlərinə görə, terrorçuların prioritet məqsədi hakimiyyəti ələ keçirməkdir. “Hazırda ABŞ və NATO Əfqanıstanda terror təhlükəsini cilovlamaq bəhanəsi ilə Mərkəzi Asiyadakı tərəfdaşlarımıza hərbi-texniki dəstək göndərir. Biz əminik ki, onların məqsədi MDB məkanında yeni bölünmə xətlərini tətbiq etməkdir” - deyə Bortnikov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR