Rusiya vətəndaşı Lənkəran sakinini öldürdü
Lənkəranda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili piyadanı vuraraq öldürüb.
Hadisə Ələt – Astara magistralının, Lənkəran rayonunun Boladi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rusiya vətəndaşı olan 61 yaşlı Arsen Temirbekov idarə etdiyi "Volvo" markalı yük avtomobili ilə piyada, Lənkəran rayonunun Viyən kənd sakini 48 yaşlı Mərdan Hüseynovu vuraraq öldürüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib