“Rusiyanın İran istehsallı PUA-ları tükənib” - 24 “ŞƏHİD-136” VURULDU
“Fevralın 15-dən başlayaraq Rusiyanın Ukraynada İran PUA-larından istifadə etməsi ilə bağlı heç bir məlumat verilməyib”.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü il yanvarın sonu və fevralın əvvəlləri arasında Rusiyanın 24-dən çox “Şəhid-136” PUA-sını vurub. Məlumatda qeyd olunur ki, PUA-lardan istifadə edilməməsi Rusiyanın hazırkı ehtiyatının tükəndiyinin göstəricisidir və Rusiya yəqin ki, tədarük axtaracaq.
“Kəşfiyyat məlumatında bu silahların nəzərdə tutulan hədəfləri məhv etməkdə tam uğurlu olmadığı vurğulanır. Bildirilir ki, böyük ehtimalla Rusiya İran PUA-larından daha çox aldadıcı manevrlər üçün istifadə edir. Ukrayna hava hücumundan müdafiə qüvvələri PUA-ları vurmağa çalışarkən Rusiya daha effektiv sayılan qanadlı raketləri atəşləyir” - deyə, Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunur.