Rusiyanın yeni yerüstü dronu: “Kirpi” önünə çıxan hər şeyi yox edir
Rusiya ordusu üçün yeriüstü dron kimi fəaliyyət göstərəcək yeni texnika hazırlanıb.
Bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, “Kirpi” adı verilən təkərli robot zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub.
“Kirpi” 5 kilometr məsafə qət edə, 5 kiloqram partlayıcı daşıya bilir.
Onun zirehli texnikalarla yanaşı, səngərdə gizlənmiş düşmənlərə qarşı da effektiv olacağı düşünülür.
Dronun Rusiya silah istehsalı tarixində ən ucuz hərbi texnikalardan biri olduğu bildirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu