“Saakaşvili siyasi məhbus deyil, cinayətkardır”
Mixeil Saakaşviliyə siyasi məhbus münasibəti göstərilməsi Avropa Parlamentində mövcud olan korrupsiya problemlərini göstərir.
APA-nın Tbilisi müxbirinin məlumatına görə, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib. O, sabiq Prezident Mixeil Saakaşvilinin siyasi məhbus olmadığını, cinayətkar olduğunu vurğulayıb.
“Bizim üçün bu əlbəttə ki, son dərəcə qəbuledilməzdir, Mixeil Saakaşvili ən ciddi cinayətlərə görə həbs edilmiş cinayətkardır”, - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, bu gün Avropa Parlamentində “Öldürülməsi əmr edilmiş siyasi məhbuslar: Vladimir Kara-Murza, Mixeil Saakaşvili, Aleksey Qorinov” adlı debat keçiriləck.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib