Saakaşvilidən Ruben Vardanyanın həbsinə münasibət
Hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Azərbaycan tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan və separatçıların “prezident aparatının rəhbərinin müavini” və digər müxtəlif “vəzifə”lərdə işləmiş David Babayanın həbsinə münasibət bildirib. Gürcü siyasətçi bu barədə öz feysbuk hesabında paylaşım edib. “Ətrafımızda xeyir və şərin qarşıdurması baş verir. Azərbaycan Rusiyanın Ukraynada apardığı müharibəni fəal şəkildə dəstəkləyən Ruben Vardanyanı, eləcə də “Abzaxiya Respublikası və “Cənubi Osetiya Respublikası” ilə əlaqələri inkişaf etdirən “xarici işlər naziri” David Babayanı həbs edib. Qeyd etdiyim işğal olunan ərazilər (Gürcüstanın – red.) öz tərəfdaşlarını itirib, çünki qondarma rejim özünü buraxdığını elan edib”, - deyə Saakaşvili qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”