Saatlıda kənd sakini saxlanıldı
Saatlıda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən gecə saatlarında Baş Mil-Muğan Kollektorunun Saatlı rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul rayonun Azadkənd kənd sakini Elvin İbadov saxlanılıb.
Həmin şəxsdən qanunsuz ov qurğuları, eləcə də ovlanmış 31 ədəd balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək