Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Bakıda gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq.
Sabah gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Martın 27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü