Sabirabadda avtomobilin yoldan çıxması sürücünün ölümünə səbəb oldu
12:40
15 aprel 2024
Sabirabadda avtomobilin yoldan çıxması sürücünün ölümünə səbəb oldu – APA TV Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-nəqliyyat hadisəsi rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. Belə ki, sürücü 28 yaşlı Sabir Məmmədov hərəkətdə olan zaman minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Sürücü hadisə yerində keçinib. Avtomobildə olan Şəhriyar kənd sakini 32 yaşlı Dostu İsmayılova isə müxtəlif dərəcəli xəsarətlər alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı, Orxan Aslan, APA TV
DİGƏR XƏBƏRLƏR
Dustaqlar saxlanan bu yerdən Qız qalasına gizli yol var imiş
20:00
30 may 2024
DİN-in əməkdaşı kimi qapını döyüb evi soydular – BU VİDEO insanları qorxuya saldı
15:20
29 may 2024
İndiyədək Xocalıda 44 ailənin daimi məskunlaşması təmin edilib
09:55
29 may 2024
Neft quyularının üzərində tikilən evlər söküləcək?
22:14
28 may 2024