Sabiradabdda qəza: Ata öldü, azyaşlı qızın dalağını çıxartdılar
Sabirabadda avtomobil velosiped idarə edən atanı və azyaşlı qızını vurub.
Hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb.
Sürətlə hərəkətdə olan inkassator xidmətinə məxsus avtomobil yolu velosipedlə keçən 1972-ci il təvəllüdlü Suliddin Lətif oğlu Əliyevi və velosipeddə olan 8 yaşlı qızı Xədicəni vurub. Nəticədə Suliddin Əliyev hadisə yerində ölüb, qızı isə ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. Komatoz vəziyyətdə olan azyaşlı əməliyyat olunaraq dalağı götürülüb. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərinə yola salınıb. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək