Sabiradabdda qəza: Ata öldü, azyaşlı qızın dalağını çıxartdılar

# 17:29
18 mart 2023

Sabirabadda avtomobil velosiped idarə edən atanı və azyaşlı qızını vurub.

Hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb.

Sürətlə hərəkətdə olan inkassator xidmətinə məxsus avtomobil yolu velosipedlə keçən 1972-ci il təvəllüdlü Suliddin Lətif oğlu Əliyevi və velosipeddə olan 8 yaşlı qızı Xədicəni vurub. Nəticədə Suliddin Əliyev hadisə yerində ölüb, qızı isə ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. Komatoz vəziyyətdə olan azyaşlı əməliyyat olunaraq dalağı götürülüb. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərinə yola salınıb. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR